Google Axtarış Reklamları
Rəsmi statistik məlumatlara görə dünyanın aparıcı ölkələrində aparılmış sorğuya əsasən istehlakçılaın 65%-dən artığı məhsulu almamışdan əvvəl məhsul haqda onlayn araşdırmalar aparır .Axtariş sistemlerinin istifadə nisbetinə baxdıqda isə Google axtarış sistemi gün ərzində 3,5 milyard axtariş ilə dünya lideridir.Bu səbəbdən də, Google-da reklamınızı yerləşdirmək markanızın inkişafı üçün əvəssiz rol oynayacaqdır .
Google reklamları və sağlam rəqabət
Biznes üçün şəxsiyyət vəsiqəsi hesab olunan vebsaytların Goolgle axtarış sistemində öndə çıxması SEO (Search Engine Optimization) kampaniyaları ilə həyata keçirilir və bu proses 3 – 12 ay vaxt və daha çox xərc tələb edir. Google –da reklam verildikdə isə daha az budcə ilə 24 saat ərzində artıq görünürlük əldə etmiş olursunuz. Bu da Google reklamlarını bazarda kifayət qədər reklam payı olan iri biznes sahibləri ilə rəqabət üçün sağlam və bərabər hüquqlu platformaya çevirmişdir.
Keywords seçimi və düzgün hədəf
Marketinq sektorunda uğur qazanmağin başlıca yolu alıcı ilə satıcının ortaq “dildə” danişmağından keçir. Google axtarış sistemində alıcının yazdığı sorğuya (query) əsasən reklam göstərildiyinə görə fəaliyyətinizə uyğun düzgün seçilmiş açar sözlər( keyword) sizi potensial alıcıya dahada yaxınlaşdıracaqdır . Bu səbəbdən də alıcının hansı açar sözləri (keywords) yazarkan sizin biznes üçün potensial müştəri olmasını müəyyən etmək son dərəcə vacibdir. Bu məqamda biz fəaliyyətə keçir sizin hədəf kütlənizi ətrafli öyrənir, onlaraın yazdıqları sorğuya uyğun açar sözlər hazırlayır və bu açar sözləri effektivliyinə uyğun dəyişir və təkmilləşdiririk.
Dünyaya çıxış
Google Axtarış reklamları vasitəsi ilə siz markanızı nəinki Azəbaycanda eləcədə dünyanin bir çox ölkələrində tanıda bilərsiniz. İnsanlar səyyahətə hazırlaşdiğı ərəfədə səyyahət edəcəkləri ölkə və eləcədə orada fəaliyyətdə olan otellər, restoranlar və digər xidmətlər haqda məlumatlar əldə etməyə çalışırlar. Bu da xidmət və əyləncə sektorunda fəaliyyət göstərən iş adamları üçün əvəzolunmaz şansdır. Turistlərin ölkəmizə marağının artdığı bir dövürdə xidmət və ya məhsulunuzu onlara öz ölkələrində ikən təklif edin.
Lokasiyanı seç
Biznesinizin inkişafı üçün reklamınızın verildiyi düzgun zamanla yanaşı düzgün məkan seçimi də əhəmiyyətlidir.Biz reklamınızı bütün ölkə əvəzinə fəaliyyətdə olduğunuz bölgədə göstərməklə xidmət və ya məhsulunuzu yerləşdiyiniz ərazidə potensial mütərilər üçün daha tanınan və əl çatan edirik.Məsələn.Yasamal rayonunda texniki xidmət sahəsində çalışırsınızsa o ərazidə sizin xidmətinizə ehtiyacı olan müştərilərə Google axtariş sistemində ilk sizin təklif etdiyiniz xidmət göstəriləcəkdir.
Google map – də görün
Son dövrdə naviqasiya cihazlarının istifadəsinin əhəmiyyətli dərəcədə artması Google xəritəsində görünür olmağı vacib edən amillərdəndir. Google axtarışları zamanı bir çox hallarda qarşımıza xəritə çıxmaqdadır. Bu xəritələr vasitəsilə müştəri, xidmət və ya məhsulunuzu təklif etdiyiniz ofis və ya mağazalarınızın yerləşdiyi əraziyi asanlıqla tapa bilər.Tərtib etdiyimiz xəritələrdə coğrafi mövqeyinizin göstərilməsi ilə yanaşı vebsəhifəniz, email adresiniz,əlaqə nömrələriniz və iş saatlarınız kimi vacib məlumatları göstərəcəyik . Xəritədə görünürlük əldə etməklə siz markanızın tanınırlığını əhəmiyyətli dərəcədə artırmış olursunuz.
Reklam saatını planlaşdır
Google axtarış sisteminin digər önəmli funksiyası reklamın veriləcəyi saatları öncədən seçməkdir. Bununla siz yalnız öz iş saatlarınızda reklam verərək əlavə xərclərdən azad olmuş olursunuz . Bu özəllik xususiylə gecə fəaliyyət göstərən marketlər, apteklər və kliniklar üçün əvəzolunmazdır.
Performansını ölç
Ənənəvi reklam modellerində(TV, radio,qəzet, pankart və s.) reklam yerləşdirərkən reklamınızın ne qeder insan tərəfindən görüldüyü(eşidildiyi),ne qədər insanın bu reklam hesabına sizinlə maraqlandığını bilmək çox çətin və bəzi hallarda mümkün olmayan bir məsələdir .Lakin offline reklamlardan fərqli olaraq online reklamları,müştərinin reklamı görüb kliklədikdən etibarən sizin səhifənizdə göstərdiyi bütün fəaliyətinin izlənməsini təmin edir.Beləliklə siz yerləşdirdiyiniz hansı reklamın daha effektiv olduğunu, hansı açar sözlərin daha yaxşı performans göstərdiyini müəyyən edəcəksiniz.
Markanı tanıd
Ölkəmizdə və eləcədə dünyada biznes sahibləri öz markalarını tanitmaq üçün kifayət qədər böyük məbləğdə pullar xərcləməkdədir. Şübhəsiz ki, insanların bu markalarla tanışliğı biznes sahiblərinə gəlir artımı olaraq geri dönməkdədir. Google reklamları ilə biz sizin markanızın reklamını sizə uyğun xidmətinizlə əlaqəli olan insanlara çatdırmaqla həm böyük kütlələr arasında tanınmağınıza həmdə budcənizə qənaət etmiş oluruq.
Youtube reklamları
Youtube dünyanın ən çox axtarış aparilan 3 səhifəsindən biridir. Bu nəhəng video paylaşım platformasında reklam verərək siz marka bilinirliyinizi artıracaq potensial müştəri üzərində maraq oyandıracaqsınız. Google advertisingdə olduğu kimi burada da siz reklamınızı yaş,cinsisiyyət kimi faktorlara uyğun istifadəçilərə göstərə bilərsiniz.Məsələn:Qadın geyim mağaza sahibisinizsə sizin reklamınızı Youtube –da yalnız qadın istifadəçilərə göstərərək həm məsulunuza marağı olan insanları hədəfləmiş olacaqsınız həm də əlavə reklam xərclərindən xilas olmuş olacaqsınız.Bundan əlavə siz reklamınızı hansı youtube kateqoriyalarında göstərilməsi seçimini də edə bilərsiniz.
Ana səhifədə banner (Trueview Masthead)
Bilinən ən effektiv və diqqətçəkici youtube reklamıdır.Ana səhifədə ən üst qismdə yerləşir şəkil və ya hərərkət edən şəkil formatında olur.Günlük olaraq yerləşdirilir və ölkəyə uyğun hədəfləmə aparılır.
Görüntülü Trueview (Trueview Indisplay)
Görüntülü Trueview Yotube videolarının yaninda sağ üst tərəfdə şəkil və ya təklif olunan video formasında olur.Ödəniş reklama klik zamanı həyata keçir.
Video Yayın daxili Trueview (Trueview Stream)
Video yayın daxili Trueview youtube da yayımlanan videonun əvvəlində,ortasında və ya axırında göstərilən reklamdır.Reklamın müddəti 30 saniə olur lakin 5 saniədən sonra istifadəçinin qarşısına skip duyməsi çixir.Əgər istifadəçi skip düyməsinə klikləyərsə reklam izlənməmiş sayılır və ödəniş tətəb olunmur.
Video Yayın zamanı banner
Göstərilən banner formasındakı mətn reklam videonun alt hissəsində olur və video çərçivənin 20% yerini əhatə edir.
Axtariş nəticəsi (InSearch)
Təklif olunan bu reklam youtube ana səhifədə axtarış nəticələrində ən üst sırada çixan reklamlardır.Ödəmə Görüntülü Trueview da olduğu kimi